13.04.2021

Məktəbin məzunu olmuş Arəstə Baxışovanın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Şuşa şəhər 3 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə Vətən müharibəsinin ilk və tək qadın şəhidi, məktəbin məzunu olmuş Arəstə Baxışovanın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdən öncə şəhidin məzarı ziyarət olunub.

Arəstə Baxışova vaxtilə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90, 95 və 100 illik yubileylərinə həsr olunmuş medallarla, ölümündən sonra isə "Vətən Uğrunda" medalı ilə təltif olunub.

Tədbirdə şəhidin müəllimləri onunla bağlı xatirələrini bölüşüb, onun necə tərbiyəli, vətənpərvər bir şagird olduğunu şagirdlərə vurğulayıblar. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söyləmiş  və sonda Arəstə Baxışovaya həsr olunmuş videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,  ,