15.04.2021

"Narkomanlığa yox deyək ki, sağlam gələcək bizim olsun!" adlı tədbir keçirilib

10 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Zərifə İbrahimova Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş Planına uyğun olaraq Microsoft Teams tətbiqində onlayn qaydada "Narkomanlığa yox deyək ki, sağlam gələcək bizim olsun!" adlı tədbir keçirib.

Tədbirdə narkomanlığın insanları cinayətkarlığa, zorakılığa sövq etməsi, ailələri dağıtması, sosial-iqtisadi həyatı zəiflətməsi, QİÇS kimi xəstəlikləri sürətlə artırmasına həsr olunmuş film təqdim edilib və müzakirə olunub.

Daha sonra Azərbaycan Respublikasının Narkomaniyaya Qarşı Mübarizə üzrə qoşulduğu Konvensiyalar diqqətə çatdırılıb. Tədbir iştirakçıları  problemin qloballığı, bəşəriyyətin hamılıqla bununla mübarizə aparmalı olduğunu, uşaqların kiçik siniflərdən bu barədə maarifləndirməyin sağlam gələcək üçün zəruri olduğunu diqqətə çatdırıblar.

 


Açar sözlər: ,  ,  ,  ,