16.04.2021

"Nizami Gəncəvi 880"adlı tədbir keçirilib

7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri Xəbirə Paşayeva və Nahidə Əliyevanın  təşkilatçııqları  ilə onlayn qaydada "Nizami Gəncəvi 880"adlı tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Elçin Dadaşov, pedaqoji kollektiv, valideyn və şagirdlər iştirak edib.

Müəllimlər şagirdlərə Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər.

Tədbirdə şairin qəzəlləri şagirdlər tərəfindən səsləndirilib, daha sonra “Nizami” filmindən fraqmentlər nümayiş etdirilib.

Sonda məktəbin direktoru Elçin Dadaşov “Nizami Gəncəvi İli” çərçivəsində tədbirin keçirilməsindən qürur duyduğunu və bu kimi tədbirlərin davamlı olacağına əminliyini bildirib.


Açar sözlər: ,  ,  ,