23.04.2021

"Nizami Gəncəvinin elm dünyası-Fizika və lirika" adlı onlayn tədbir keçirilib

1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Vəzirova və Xb sinif şagirdlərinin iştirakı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvinin elm dünyası-Fizika və lirika" adlı onlayn tədbir keçirilib.

Tədbirin əsas məqsədi Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılmasından ibarətdir.

Tədbirdə dahi sənətkarın şeirləri səsləndirilib, həyat yolu barədə məlumat verilib.


Açar sözlər: ,  ,  ,  ,