26.04.2021

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib

10 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Zərifə İbrahimovanın təşkilatçılığı ilə görkəmli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib.

 Professorun dünya elmində inqilabi dəyişikliklərə səbəb olan fundamental nəzəriyyələri, onların tətbiq sahələri və şagirdlərin araşdırmaları müzakirə edilib. Həmçinin tədbir iştirakçıları da müzakirələrdə fəal iştirak edərək şagirdlərə dəstək olublar.


Açar sözlər: ,  ,  ,  ,