27.04.2021

Professor Lütfi Zadənin 100 illiyinə həsr olunmuş onlayn tədbir keçirilib

 

9 nömrəli tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı müavini Nuranə Əliyeva professor Lütfi Zadənin 100 illiyinə həsr olunmuş onlayn tədbir keçirib.

Tədbirdə Nuranə Əliyeva hər bir azərbaycanlının qürur mənbəyi olan görkəmli azərbaycanlı alim Lütfi Zadənin adını dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunmasından danışıb.

 Daha sonra dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim olunub. Şagirdlər Lütfi Zadəyə aid aforizmlər söyləyibər.


Açar sözlər: ,  ,  ,  ,