30.04.2021

"Kitab oxuyaq, inkisaf edək" adlı onlayn tədbir keçirilib

6 nömrəli tam orta məktəbin  tarix müəllimi Aynur İsmayılovanın təşkilatçılığı ilə VII sinifdə  "Kitab oxuyaq, inkisaf edək" adlı onlayn tədbir keçirilib.

 Aynur İsmayılova şagirdlərə mütaliə etmək  insanların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biri olması, kitab oxumağın  insana motivasiya verməklə yanaşı  ruhlandırılması,  mütaliə etmək insanın öz daxili aləmini tanıtması barədə geniş məlumat verib.

Daha sonra   şagirdlər məktəbin zəngin kitabxanasından əldə edib oxuduqları kitablar haqqinda öz təəssüratlarını bölüşüblər.


Açar sözlər: ,  ,  ,  ,