04.05.2021

VI Respublika fənn müsabiqələrində 19 nəfər şagird finala vəsiqə qazanıb

 Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.

Riyaziyyat, informatika, fizika, kimya və biologiya fənləri üzrə keçirilən bilik yarışının ilkin mərhələsində Şuşa rayon ümumtəhsil məktəbləri üzrə iştirak edən şagirdlərdən 19 nəfəri növbəti final mərhələsində iştirak etmək hüququ qazanıblar..

Fənn müsabiqələrinin final mərhələsinin may ayının sonunda keçirilməsi planlaşdırılır.

Şagirdlərə uğurlar arzulayırıq.