05.05.2021

Onlayn qaydada iclas keçirilib

Şuşa şəhər 12 nömrəli tam orta məktəbin direktoru Nazilə İbrahimovanın təşkilatçılığı ilə onlayn qaydada iclas keçirilib.

İclasda  məktəbin pedaqoji kollektivi iştirak edib.

İclasda məktəb rəhbərliyi tərəfindən sinif rəhbərlərinin hesabatları dinlənilib və pedaqoji kadr heyətinin, şagirdlərin İKT bacarıqlarının və rəqəmsal düşüncə tərzinin hazırki durumu təhlil edilib.

Eyni zamanda  təlim-tərbiyə işləri üzrə direktor müavini Nazilə Əzizova "Valideynlərlə pedaqoji əməkdaşlığın gücləndirilməsi " mövzusunda çıxış edib.


Açar sözlər: ,  ,