25.05.2021

Fənn müsabiqələrinin final mərhələsi keçirilir

    Mayın 25-də VI məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçirilir. VI-VII sinif şagirdləri arasında keçirilən final mərhələsi Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası ilə yanaşı, 15 regionda yaradılmış 37 mərkəzdə təşkil olunub.

    Final mərhələsinə 4624 məktəbli vəsiqə qazanıb. Bu mərhələdə iştirak edən şagirdlərin hər fənn üzrə 5 nəfəri qızıl, 10 nəfəri gümüş, 15 nəfəri bürünc (30 nəfəri həvəsləndirici sertifikat) medalla mükafatlandırılacaq. Qaliblərin adları 1 iyun 2021-ci il tarixinə qədər elan olunacaq.

    Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.


Açar sözlər: ,  ,