26.05.2021

“28 May-Respublika Günü”nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri arasında “28 May-Respublika Günü”nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd  “28 May – Respublika günü”nün yaranma tarixinə bir daha nəzər salaraq ictimaiyyətin diqqətinə çatdırmaq, həmçinin yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək və eyni zamanda müsabiqə iştirakçılarının yaradıcılıq qabiliyyətini üzə çıxarmaqdan ibarətdir.


Açar sözlər: ,  ,  ,