31.05.2021

“Bizim Sevimli Dostlarımız” adlı onlayn respublika fotomüsabiqəsi başa çatıb

       Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 5 aprel-5 may 2021-ci il tarixlərində respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən “Bizim Sevimli Dostlarımız” adlı onlayn respublika fotomüsabiqəsi başa çatıb.

      "Bizim sevimli dostlarımız" adlı onlayn respublika fotomüsabiqəsində 10 nömrəli tam orta məktəbin VII sinif şagirdi Elşad Allahverdiyev II yerə layiq görülmüş və diplomla təltif olunmuşdur.

        Elşad Allahverdiyevə təhsil işçiləri adından təşəkkürümüzü bildirir və uğurlar diləyirik!


Açar sözlər: ,  ,  ,