03.06.2021

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi mükafatlandırılıb

Şuşa şəhər 12 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əhmədli Zəhra Ceyhun qızı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 2020-2021-dərs ilində ümumtəhsil məktəb şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin Respublika mərhələsində III yerə layiq görüldüyü üçün təhsil naziri cənab Emin Əmrullayevin əmrinə əsasən üçüncü dərəcəli diplomla təltif olunub qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Diplom və qiymətli hədiyyə Zəhra Əhmədliyə Şuşa Rayon Təhsil Şöbəsində təqdim olunub.


Açar sözlər: ,  ,  ,  ,