07.06.2021

MİQ-lə bağlı sualların cavablandırılması üçün xidmətlər

İyunun 4-dən 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesinə başlanılıb. Namizədlər 11 iyun saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir:
 

 - Çağrı Mərkəzi: “146-1” nömrəsi (həftənin iş günləri və saatları)
 -"Whatsapp nömrə"
(+994) 51 206 78 48 (həftənin iş günləri və saatları)
 - İnsan Resurları Mərkəzi: Tel: (+994) 12 430 52 78   E-mail: 
irm@arti.edu.az


Açar sözlər: ,  ,