09.06.2021

Microsoft TEAMS platforması vasitəsilə növbəti müşavirə keçirilib

9 iyun 2021-ci il tarixində Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev RTŞ-nin əməkdaşları və təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə mövcud şəraitin tələblərinə uyğun olaraq Microsoft TEAMS platforması vasitəsilə növbəti müşavirə  keçirib.

Müşavirədə  “Yay məktəbi”ndə bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdlərinin  ödənişsiz və  könüllü əsaslarla iştirakı, milli qiymətləndirmənin həm əyani (seçilmiş siniflər üzrə), həm də onlayn (“Virtual məktəb” platforması üzərindən) formatda təşkili,  pandemiya şəraitində normal tədris mühitinin təmin edilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı və cari məsələlər müzakirə olunub.


Açar sözlər: ,  ,