07.07.2021

I sinfə qəbulla bağlı apellyasiya müraciətlərinə başlanılır

İyulun 5-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələrə start verilib. Müsabiqələr 15 iyul tarixinədək davam edəcək. 

Övladının müsabiqə nəticəsindən narazı olan valideynlərin apellyasiya müraciətlərini təqdim etmələri üçün Təhsil Nazirliyi tərəfindən mqtn-apellyasiya@edu.gov.az elektron poçt ünvanı yaradılıb.

Valideynlər iyulun 8-dən 16-dək  mqtn-apellyasiya@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.


Açar sözlər: ,  ,  ,