08.07.2021

Vətən müharibəsinin ilk və tək qadın şəhidi, Şuşa şəhər 3 nömrəli tam orta məktəbin məzunu olmuş Arəstə Baxışovanın ailəsi ziyarət edilib

Yeni Azərbaycan Partiyası Şuşa Rayon Təşkilatının Şuşa şəhər 3 nömrəli tam orta məktəb üzrə ərazi ilk partiya təşkilatı sədri Elmira Əliyeva və məktəbin rəhbər işçiləri Vətən müharibəsinin ilk və tək qadın şəhidi, Şuşa şəhər 3 nömrəli tam orta məktəbin məzunu olmuş Arəstə Baxışovanın ailəsini ziyarət edərək onlara mənəvi dəstək göstəriblər.

.Arəstə Baxışova müharibənin ilk günlərindən qızğın döyüşlərdə iştirak edərək yaralı əsgərlərimizə tibbi yardım göstərmiş və şəhidlərimizin döyüş bölgəsindən çıxarılmasında mərdliklə mübarizə aparıb.

Ölümündən sonra A.Baxışova "Vətən Uğrunda" medalı ilə təltif olunub.

Görüş zamanı müəllimlər onunla bağlı xatirələrini bölüşüblər.


Açar sözlər: ,  ,