12.07.2021

19 yaşlı şəhid Allahverdi Allahverdiyevin ad günü ərəfəsində ailəsi ziyarət edilib

 Şuşa rayon Malıbəyıi kənd 1 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagirdi Vətən savaşının 19 yaşlı şəhidi Allahverdiyev Allahverdi Əli oğlunun ad günü ərəfəsində ailəsini ziyarət ediblər.

 İkinci Qarabağ müharibəsinin ilk şəhidlərindən olan Vətən oğlu 2001-ci il iyulun 9-da Bakı şəhərində anadan olmuş, 2018-ci ildə orta məktəbi bitirmiş və 2019-cu ildə isə hərbi xidmətə yollanıb.

İgid döyüşçü 2020-ci il sentyabrın 27-dən 28-ə kecən gecə Tərtər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident cənab İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib. 


Açar sözlər: ,  ,  ,