13.07.2021

Məzunlara attestatlar verilir

Şuşa rayonunun ümumtəhsil məktəblərində IX və XI sinfi bitirən məzunlara attestatlar verilir. 

Attestatlarda illik və imtahan qiymətləri yazılır. Şuşa rayonunun ümumi təhsil müəssisələrinin IX siniflərini 416, XI siniflərini isə 175  nəfər bitirib.

Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.


Açar sözlər: ,  ,