15.07.2021

Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Ramazanlı Əlizamin Umud oğlunun  ailəsi ziyarət edilib

15 nömrəli məktəbin direktoru Nizami Şahvələdov pedaqoji kollektivi ilə birgə Şuşa rayon 19 nömrəli məktəbin məzunu olmuş, Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Ramazanlı Əlizamin Umud oğlunun  ailəsini ziyarət edərək onlara mənəvi dəstək  olublar.

Görüşdən öncə Bərdə şəhərində yerləşən, Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub.

Görüşdə həmçinin 19 nömrəli məktəbin direktoru Rəfail Məmmədov da iştirak edib.

Şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Ramazanlı Əlizamin Umud oğlu Qarabağ müharibəsində göstərdiyi qəhramanlığa görə ölümündən sonra "Vətən uğrunda" və Xocavəndin  azadlığına görə medalları ilə təltif olunub.


Açar sözlər: ,  ,