01.09.2021

1 oktyabr 2021-ci il tarixdə Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçiriləcək

T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi,  Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutacaq forum onlayn formatda təşkil olunacaqdır. Forumda təhsildə yeni çağırışlar, virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, XXI əsrin bacarıqları və davamlı inkişaf mövzuları müzakirə ediləcəkdir.

 

Beynəlxalq Müəllimlər Gününə həsr olunacaq forum Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur.

 

Forumun spikerləri:

 

·         Andreas Schleicher, PISA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru

 

·         Philip Kotler, məşhur professor, yazıçı, tədqiqatçı və bestseller müəllifi

 

·         Michael Fullan, Toronto Universitetinin fəxri professoru, “Dərin öyrənmə” nəzəriyyəsinin yaradıcısı

 

·         Anant Agarwall,  dünyada məşhur edX platformasının qurucusu, MIT-in professoru

 

·         Azra Kohen, yazıçı, bestseller müəllifi

 

·         Sal Khan, qlobal səviyyədə tanınan Khan Academy-nin qurucusu

 

Forumda iştirak ödənişsizdir.

Forumla bağlı məlumatlar sosial şəbəkədə paylaşılacağı üçün yalnız T-Network-un facebook (https://www.facebook.com/tnetwork.az) və ya instagram (https://www.instagram.com/tnetwork_global/)  səhifəsini bəyənən iştirakçıların müraciəti təsdiqlənəcək və onlara iştirak linki göndəriləcək.

 

Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55


Açar sözlər: ,  ,