06.09.2021

Şura iclası keçirilib

06 sentyabr 2021-ci il tarixdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev RTŞ-nin əməkdaşları və təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə mövcud şəraitin tələblərinə uyğun olaraq Microsoft TEAMS platforması vasitəsilə Şura iclası keçirib.

Şurada rayonun təhsil müəssisələrində yeni dərs ilinə hazırlığın vəziyyəti, pandemiya şəraitinə uyğun olaraq yeni 2021/2022-ci tədris ilində rayonun ümumtəhsil məktəblərində tədris prosesinin mövcud qaydalara uyğun təşkili, 2021-2022-ci  dərs ili üçün təhsil şurasının və metodkabinetin fəaliyyət  planının təsdiqi, ümumi təhsil məktəblərinin XI sinif məzunlarının 2021-ci  ildə ali məktəbə qəbulunun nəticələri və cari məsələlər ətraflı müzakirə edilib.

Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb.


Açar sözlər: ,  ,