07.09.2021

Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyevin iştirakı ilə  rayonun 10 nömrəli məktəbinin pedaqoji kollektivi ilə videoformatda görüş keçirilib

07 sentyabr 2021-ci il tarixdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyevin iştirakı ilə  rayonun 10 nömrəli məktəbinin pedaqoji kollektivi ilə videoformatda görüş keçirilib.

Görüşdə qarşıdan gələn dərs  ilində tədrisin təşkili, məktəblərdə sanitar-epidemioloji vəziyyətin günün tələblərinə uyğunlaşdırılması, şagirdlərin yenidən məktəbə qayıdışı zamanı ortaya çıxa biləcək problemlərin qarşısının alınması istiqamətində indidən müvafiq addımların atılması üçün tapşırıqlarını verib.

Sonda videokonfrans iştirakçılarının sualları ətraflı cavablandırılıb.


Açar sözlər: ,  ,