10.09.2021

Şuşa rayonunun iki məktəbi ali məktəblərə qəbul imtahanlarında 100 faiz nəticə göstərib

   2020-2021-ci tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən Şuşa rayonunun iki məktəbi 100 faiz nəticə göstərib.

    Qeyd edək ki, 1 nömrəli tam orta məktəbi bitirən 11 nəfər və 2 nömrəli tam orta məktəbi bitirən 9 nəfərin hamısı yüksək nəticə göstərərək respublikanın müxtəlif ali təhsil məktəblərinə daxil olublar.

   Təhsil işçiləri adından məzunları, onların valideynləri, müəllimlər və təhsil aldıqları  müəssisələrin rəhbərlərini təbrik edir, onlara uğurlar diləyirik!


Açar sözlər: ,  ,  ,