14.09.2021

Sumqayıtda təhsil işçilərinin sentyabr konfransı keçirilib

     Sentyabrın 14-də Sumqayıtda əhsil işçilərinin sentyabr konfransları keçirilib

   Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında keçirilən Sumqayıt şəhər, Xızı, Abşeron, Şuşa, Qubadlı və Zəngilan rayon təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Sumqayıt şəhər icra hakimiyyətinin birinci müavini Teymur Səmədov, sözügedən rayon bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

     Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

    Konfrası giriş nitqi ilə açan Sumqayıt şəhər icra hakimiyyətinin birinci müavini Teymur Səmədov konfrans işinə uğurlar arzulayıb.

    Daha sonra nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov konfransda iştirak edən şəhər və rayonlar üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

    Daha sonra çıxış edən məktəb direktorları ötən tədris ili üzrə əldə olunan uğurlar haqda məlumat veriblər.

    Konfrans müzakirələrlə davam etdirilib, təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.