21.09.2021

Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin pedaqoji kollektivi ilə videoformatda görüş keçirilib.

21 sentyabr 2021-ci il tarixdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyevin iştirakı ilə  rayonun Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin pedaqoji kollektivi ilə videoformatda görüşü keçirilib.

Görüşdə qarşıdan gələn dərs  ilində tədrisin təşkili, məktəblərdə sanitar-epidemioloji vəziyyətin günün tələblərinə uyğunlaşdırılması, şagirdlərin yenidən məktəbə qayıdışı zamanı ortaya çıxa biləcək problemlərin qarşısının alınması istiqamətində indidən müvafiq addımların atılması üçün tapşırıqlarını verib.

Sonda videokonfrans iştirakçılarının sualları ətraflı cavablandırılıb.