24.09.2021

Yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

     Şuşa Rayon İcra Hakimiyyətində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

     Görüşdə icra başçısının müavinləri, şöbə müdirləri, məktəb rəhbərləri və valideynlər iştirak edib.

    Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra başçısı Bayram Səfərov tələbə adını qazanmış hər bir gənci təbrik etmiş və gələcək işlərində onlara müvəffəqiyyətlər arzulayıb.

    Görüşdə iştirak edənlər tələbə adını qazanmış məzunları təbrik edib, Şuşa təhsilinin inkişaf yolundan, bugün əldə olunan nailiyyətlərdən danışmış və azərbaycanın parlaq gələcəyinin məhz gənc nəslin uğurlarından asılı olduğunu söyləmişlər.Sonda yüksək nəticə göstərmiş tələbələrə hədiyyələr və "Fəxri Fərman" lar təqdim olunmuş və xatirə şəkli  çəkilmişdir.


Açar sözlər: ,  ,