08.10.2021

“Bakı şəhəri açıq çempionatı”nın ilk mərhələsi başlayır

     VI-IX siniflər arasında “Bakı şəhəri açıq çempionatı”nın ilk mərhələsinə start verilir.

    Belə ki, sözügedən siniflər üzrə Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı Şəhər-Bakı” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” oyunu üzrə iki mərhələdən ibarət yarış təşkil ediləcək.

    Birinci seçim mərhələsində iştirak etmək üçün respublika üzrə bütün məktəblərdən 200 komanda qeydiyyatdan keçib. Bu mərhələ 9 oktyabr tarixində onlayn formatda təşkil ediləcək və ən yaxşı nəticə göstərən 8 Bakı və 9 regional komanda oktyabrın 20-də Bakıda canlı keçiriləcək final mərhələsinə qatılacaq.   

    Qeyd edək ki, “Ağıllı Şəhər-Bakı” layihəsi artıq bir ildən çoxdur ki Təhsil Nazirliyi ilə əməkdaşlıq edərək, məktəblilər üçün Azərbaycan və rus dillərində həftəlik intellektual oyunlar keçirir. Bu müddət ərzində müxtəlif yaş kateqoriyalar üzrə respublika çempionatı və kuboku keçirilib.


Açar sözlər: ,  ,