11.10.2021

Şuşa rayonunun təhsil müəssisələrinin 60-a yaxın aktiv fəal müəllimləri ilə "Gələcəyə hədəflənən təhsil" mövzusunda online seminar keçirilib

    9 oktyabr 2021-ci tarixdə Şuşa rayon təhsil şöbəsinin məsləhətçisi Aydan Bağırovanın təşəbbüsü ilə​ Şuşa rayonunun təhsil müəssisələrində 60-a yaxın aktiv fəal müəllimlər ilə "Gələcəyə hədəflənən təhsil" mövzusunda online seminar keçirilib.

    Seminarda Azərbaycan Təhsil Şəbəkəsinin müdür muavini, İKT nin Təhsildə tətbiqi üzrə ekspert beynəlxalq təlimçi, Dünya Bankının sosial araşdırmalar üzrə eksperti Ramil Süleymanov iştirak edib.

     İlk öncə Aydan Bağırova onlara "Steam layihəsi nədir? Nə zaman yaranıb?", "Özəllikləri nələrdir?", "Robitikanin həyatımizda önəmi", "Müəllimlərin və valideynlərin Steam layihəsində rolu" və "Steam layihəsindən və müasir yeniliklərdən necə bəhrələnmək olar" mövzularında ətraflı məlumat verib.

    Daha sonra Ramil Süleymanov  "Təhsildə müasir yeniliklər", "Təhsildə inkisaf və innovasiyalar üzrə Qrand müsabiqəsi nədir, iştirak qaydaları hansılardır?" barədə ətraflı məlumat verib.

     Sonda müəllimlərin sualları ətraflı cavablandırılıb.