22.10.2021

Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 9c sinfində sorğu keçirilib

19 oktyabr 2021-ci il tarixdə  Təhsil Nazirliyinin 29.07.2021-ci il tarixli, F-382 nömrəli  əmrinə əsasən "Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında peşəyönümü ilə bağlı məlumatlandırma tədbirlərinin həyata keçirilməsi" məqsədilə Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 9c sinfində sorğu keçirilib.

Sorğu məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri  Səadət Quliyevanın, psixoloq Səhər Həsənovanın və sinif rəhbəri Mədinə Behbudovanın təşkilatçılığı ilə aparılıb.

Məqsəd şagirdlərin peşə istiqamətinin öyrənilməsindən ibarətdir.


Açar sözlər: ,  ,  ,