25.10.2021

Malıbəyli kənd 1 nömrəli tam orta məktəbinin pedaqoji kollektivi ilə videoformatda görüş keçirilib

23 oktyabr 2021-ci il tarixdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyevin iştirakı ilə  rayonun Malıbəyli kənd 1 nömrəli tam orta məktəbinin pedaqoji kollektivi ilə videoformatda görüşü keçirilib.

Görüşdə Təvəkkül Əliyev məktəblərdə sanitar-epidemioloji vəziyyətin günün tələblərinə uyğunlaşdırılması, şagirdlərin yenidən məktəbə qayıdışı zamanı ortaya çıxa biləcək problemlərin qarşısının alınması istiqamətində indidən müvafiq addımların atılması üçün tapşırıqlarını verib.

Sonda videokonfrans iştirakçılarının sualları ətraflı cavablandırılıb.