15.11.2021

Şəhid Ağaliyev Müzəffər Vahid oğlunun ailəsini ziyarət ediblər

     10 nömrəli tam orta məktəbin İlham Zəkiyev adına VIII sinif şagirdləri, valideynləri, sinif rəhbəri Zərifə İbrahimova və həmin sinfin adını daşıyan  paraolimpiyalı cüdoçu, Dünya və Avropa çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Qarabağ müharibəsi əlili və qazisi, "Yaşat" Fondunun fəxri üzvü İlham Zəkiyev Şəhid Ağaliyev Müzəffər Vahid oğlunun ailəsini ziyarət ediblər.

     Şəhidin həyat yoldaşı və övladları onunla bağlı xatirələri,döyüş yolu, təltif olunduğu medallar haqqında şagirdlərə ətraflı məlumat veriblər.


Açar sözlər: ,  ,  ,