17.11.2021

Təltif edilən müəllimlərə mükafatların təqdim edilməsi münasibətilə tədbir keçirilib

Şuşa Rayon Təhsil Şöbəsində Azərbaycan Respublikası Təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə 5 Oktyabr Müəllimlər Günü münasibətilə təltif edilən müəllimlərə mükafatların təqdim edilməsi münasibətilə tədbir keçirilib.

Mükafatlar təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev tərəfindən təqdim edilib. Tədbirdə şöbənin əməkdaşları və təltif olunan müəllimlər iştirak edib. Onların sırasında Metodik kabinetin müdiri Rəsmiyyə Məmmədova və 10 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Zərifə İbrahimova  “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi”  döş nişanına, 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Fatma Süleymanova isə “Fəxri Fərman”a layiq görülüblər.

Şuşa Rayon Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi adından müəllimləri təbrik edir,uğurlar arzulayırıq!