23.11.2021

Vətən uğrunda şəhid olan qəhrəmanların övladlarına psixoloji dəstək olmaq məqsədilə Vd sinif şagirdləri ilə söhbət aparılıb

Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin psixoloqu Gülnar Vəliyeva Vətən uğrunda şəhid olan qəhrəmanların övladlarına psixoloji dəstək olmaq məqsədilə Vd sinif şagirdləri ilə söhbət aparıb.

Söhbət zamanı Gülnar Vəliyeva şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasalar belə hər zaman qəlblərdə yaşayır, hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir deyə söz açıb.

Qeyd edək ki, Aprel şəhidi Rasim Məmmədovun övladı da həmin sinifdə təhsil alır.


Açar sözlər: ,  ,  ,