24.11.2021

VIIIa sinfinə şəhid Allahverdi Əli oğlu Allahverdiyevin adı verilib

7 nömrəlin tam orta məktəbin  VIIIa sinfinə şəhid Allahverdi Əli oğlu Allahverdiyevin adı verilib. Allahverdi Əli oğlu Allahverdiyev-Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhididir. Allahverdi Allahverdiyev 27 sentyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


Açar sözlər: ,  ,  ,