25.11.2021

Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyevin iştirakı ilə Microsoft TEAMS platforması vasitəsilə maarifləndirmə tədbiri keçirilib

24 noyabr 2021-ci il tarixdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev RTŞ-nin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı müavinlər, Uşaq Birliyi Təşkilatı Rəhbərləri, laborantlar və kitabxanaçıların iştirakı ilə mövcud şəraitin tələblərinə uyğun olaraq Microsoft TEAMS platforması vasitəsilə maarifləndirmə tədbiri keçirib.

Tədbirdə  Təvəkkül Əliyev  rayonun təhsil müəssisələrində pandemiya şəraitində normal tədris mühitinin təmin edilməsi üçün təhsil işçilərinin III (buster) doza vaksinasiya prosesində iştirakının vacibliyini diqqətə çatdırıb.

Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb.


Açar sözlər: ,  ,  ,