26.11.2021

Əmək və icra intizamının gücləndirilməsi məqsədilə Microsoft TEAMS platforması vasitəsilə müşavirə keçirib

Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev əmək və icra intizamının gücləndirilməsi məqsədilə Microsoft TEAMS platforması vasitəsilə müşavirə keçirib.

Müşavirədə təhsil şöbəsinin əməkdaşları və  məktəb rəhbərləri iştirakı edib.Müşavirədə Təvəkkül Əliyev korrupsiyaya qarşı mübarizə məqsədilə dövlət xidmətlərinin göstərilməsi üçün tələb olunan sənədlərin elektron qaydada əldə edilməsi və həmin sənədlərin elektron formada təqdim edilməsi imkanlarının genişləndirilməsinin zəruriliyini xüsusi qeyd edib.

Sonda məktəb rəhbərlərinin  sualları ətraflı cavablandırılıb.