29.11.2021

Etik davranış qaydalarının pozulması, korrupsiya və digər neqativ hallarla bağlı maarrifləndirici tədbir keçirilib

   7 nömrəli tam orta məktəbdə etik davranış qaydalarının pozulması, korrupsiya və digər neqativ hallarla bağlı maarrifləndirici tədbir keçirilib.

   Məktəbin akt zalında keçirilən tədbirdə, Şuşa rayon polis şöbəsinin əməkdaşları kapitan Şöhrət Abbasov və Səttar Məhərrəmov, müəllimlər, şagirdlər, valideynlər iştirak edib.

    Məktəbin direktoru Elçin Dadaşov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, son illər rayonun hüquq-mühafizə orqanları tərəfindən keçirilən maarifləndirici tədbirlərin nəticəsidir ki, neqativ halların sayı xeyli dərəcədə azalıb və keçirilən bu cür tədbirlər öz bəhrəsini verib. Daha sonra qonaqlar çıxış edərək qeyd ediblər ki,  həm hüquqi tədbirlər görülür, həm də əhali arasında, xüsusilə yeniyetmələr arasında təbliğat və maarifləndirici işlər həyata keçirilir və bu işlər çox ciddi şəkildə davam etdiriləcəkdir


Açar sözlər: ,  ,  ,  ,