01.12.2021

“Erkən nigaha yox deyək!” adlı tədbir keçirilib

10 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Zərifə İbrahimovanın təşkilatçılığı ilə “Erkən nigaha yox deyək!” adlı tədbir keçirilib.

Tədbirdə Zərifə İbrahimova erkən nikah probleminin yaranmasının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verib.Daha sonra şagirdlərin ifasında Azərbaycanın tanınmış yazıçı və şairlərinin əsərlərindən kompozisiyalar səsləndirilib və mövzu ilə bağlı bir səhnəcik göstərilib.

Tədbir şagirdləri maraqlandıran sualların cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.


Açar sözlər: ,  ,  ,  ,