10.01.2022

Hazırlıq kabinetində məktəbin hərbi rəhbəri Kənan Əbdüləzimov tərəfindən "Açıq dərs" təşkil edilib

1 nömrəli tam orta məktəbdə müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi məqsədi ilə Gənclərin Çağırışaqədərki Hazırlıq kabinetində məktəbin hərbi rəhbəri Kənan Əbdüləzimov tərəfindən "Açıq dərs" təşkil edilib.

"Açıq dərs"də Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, məktəbin direktoru Gülnar Qurbanova, I Qarabağ müharibəsi veteranı Elxan Ələkbərov, II Qarabağ müharibəsi iştirakçıları Fərid Quliyev, Araz Rəhimov , Fizuli Məmmədov və rayonun ümumi təhsil məktəblərinin hərbi rəhbərləri iştirak edib.

Açıq dərsdə şagirdlərə mina və partlamamış hərbi sursatların forması, rəngi, ölçüsü, nədən hazırlanmasından danışılmış, iştirakçılarda onları tanımaq bacarıqları formalaşdırılmış, mina və partlamamış hərbi sursatların ola biləcəyi yerlər, rəsmi və qeyri-rəsmi mina işarələri barədə məlumat verilmiş, minalanmış əraziyə daxil olanda təhlükəsiz hərəkət etmək qaydaları öyrədilmiş, şagirdlərə minalarla oynamamaq, çubuqla onlara toxunmamaq, mina və partlamamış hərbi sursatların partlayaraq onları öldürə və ya şikəst edə bilməsi izah olunub.

Dərsin sonunda ANAMA-nın fəaliyyətindən söz açaraq məktəblərə mina təhlükəsindən qorunmaq üçün maarifləndirici vasitələr və əyani vəsaitlər təqdim edilib.


Açar sözlər: ,  ,  ,  ,