12.01.2022

Ingilis dili fənnindən açıq dərs keçirilib

1 nömrəli tam orta məktəbin  IX sinfində  ingilis dili müəllimi Vüsalə Əbdüləzimova tərəfindən "Everyone has rights" (“Hər kəsin haqqı var”)  mövzusunda açıq dərs keçirilib.

Dərsdə məktəbin direktoru Gülnar Qurbanova, təlim-tərbiyə işləri üzrə direktor müavini Natella Əşrəfova və ingilis dili müəllimləri iştirak edib.

Yeni təlim üsulları ilə keçilən dərs məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən müsbət qiymətləndirilib.


Açar sözlər: ,  ,  ,  ,