13.01.2022

IX sinif şagirdlərinin buraxılış imtahanı modelində monitorinq sınaq yoxlaması keçirilib

3 nömrəli tam orta məktəbdə İllik fəaliyyət planına uyğun olaraq məktəb rəhbərliyinin nəzarəti altında IX sinif şagirdlərinin buraxılış imtahanı modelində monitorinq sınaq yoxlaması keçirilib.

Şagirdlərə sınaq məqsədilə Azərbaycan dili fənnindən 30, riyaziyyat fənnindən 25 və ingilis dili fənnindən  30 qapalı və açıq suallar təqdim edilib.

Eyni zamanda İngilis dili fənni üzrə şagirdlərin dinləyib-anlama bacarıqlarını yoxlamaq məqsədilə dinləmə cihazı vasitəsilə 2 dəfə 2 dəqiqə fasilə verməklə mətn səsləndirilib. Monitorinq pandemiya qaydalarına uyğun və ara məsafəsi gözlənilməklə başa çatıb.


Açar sözlər: ,  ,