17.01.2022

VIII və IX sinif şagirdlərinin valideynləri ilə onlayn qaydada görüş keçirilib

7 nömrəli tam orta məktəbin VIII və IX sinif şagirdlərinin valideynləri ilə onlayn qaydada görüş keçirilib.Sinif rəhbərləri valideynlərə övladları barədə ümumi məlumat verib.

Daha sonra hər bir fənn müəllimi valideynlərə övladları haqqında daha geniş məlumat verib və nöqsanları nəzərə çatdırıblar.

Sonda məktəbin direktoru Elçin Dadaşov IX sinif şagirdlərinin buraxılış imtahanlarına daha yaxşı hazırlaşmaları üçün valideynlərə lazımi tövsiyələrini verib.


Açar sözlər: ,  ,