Şuşa rayonun ümumi təhsil məktəblərində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilir.
Tədbirlərdə 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilir. Tədbir iştirakçıları bu qanlı faciə haqqında şagirdlərə məlumat verir və faciəni əks etdirən şeirlər səsləndirilir.
Müəllim və şagirdlərin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunur.
Rayonunun ümumtəhsil məktəblərində 2022-ci il yanvar ayının 19-də ilk dərslər 20 yanvar faciəsinə həsr edilir.