21.01.2022

Ümumtəhsil məktəblərində“Düşünən oxucu” adlı müsabiqə sona çatır

21 fevral 2022-ci il tarixində Şuşa rayonunun ümumi təhsil müəssisələrində V-IX sinif şagirdləri arasında “Düşünən oxucu” adlı müsabiqə sona çatır.

Məqsəd təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır.

3 mərhələdən ibarət olan müsabiqənin məktəb mərhələsi 5–21 yanvar tarixlərində ümumi təhsil müəssisələrində, rayon (şəhər) mərhələsi 24 yanvar–7 fevral tarixlərində bölgələrdə, ölkə mərhələsi 8–21 fevral 2022-ci il tarixlərində videotəqdimatların qiymətləndirilməsi formatında Bakı şəhərində həyata keçiriləcək.


Açar sözlər: ,  ,  ,