18.04.2022

“Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin rayon mərhələsi sona çatıb

15 aprel 2022-ci il tarixdə Şuşa rayonunun ümumi təhsil məktəbliləri arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin rayon mərhələsi sona çatıb.

Təhsil Şöbəsinin müvafiq əmri ilə yaradılmış komissiya və müvafiq istiqamət üzrə müəllimlərin iştirakı ilə bədii qiraət, rəqs, solo ifa nominasiyaları üzrə şagirdlərin seçim turu baş tutub.