26.04.2022

“Kitab bilik mənbəyidir” adlı tədbir keçirilib

24 nömrəli məktəbdə “23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü“ münasibətilə “Kitab bilik mənbəyidir” adlı tədbir keçirilib.

Tədbirdə müəllimlər kitabın və mütaliənin insan həyatında rolundan danışıblar.

 Daha sonra şagirdlər Abbasqulu Ağa Bakıxanovun “Hikmətin fəziləti” və dahi şair Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı” əsərini səhnələşdirmiş,  il ərzində oxuduqları kitabların mövzusundan bəhs etmiş,  müəllim və sinif yoldaşları ilə maraqlı müzakirələr aparıblar.


Açar sözlər: ,  ,  ,  ,