26.04.2022

Məktəb psixoloqlarının II ümumrespublika konfransı başa çatıb

23-24 aprel tarixlərində keçirilən “Təhsildə sosial-psixoloji xidmətdə problemlər və perspektivlər” mövzusunda məktəb psixoloqlarının II ümumrespublika konfransı öz işini yekunlaşdırıb. 


Konfrans Psixologiya Elmi-Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə, Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, nazirliyin “Məktəblinin Dostu” və “Sağlam Təhsil-Sağlam Millət” layihələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində baş tutub.

 

Konfransın keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşəkar inkişafına dəstək olmaq, məktəb psixoloqlarının həm nəzəri, həm də praktik biliklərini artırmaq, onları psixologiyada müasir yanaşmalar haqqında məlumatlandırılmaqdan ibarət olub. 


İki günlük konfransda mütəxəssislər tərəfindən 7 məruzə, 4 workshop təqdim olunub. 


Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib, ətraflı fikir mübadiləsi aparılıb. 


Qeyd edək ki, məktəb psixoloqlarının I ümumrespublika konfransı 25 Yanvar 2019-cu il tarixində keçirilib.


Açar sözlər: ,