23.05.2022

Final mərhələsinin nəticələri elan edilib

Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsinin nəticələri elan edilib.

 

Şuşa rayon 6 nömrəli tam orta məktəbin V sinif şagirdi Məmmədli Nübar Elçin qızı 113,75 bal toplayaraq qızıl medala layiq görülüb.

 

Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

 

Təhsil işçiləri adından Nübar Məmmədlini  təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.