Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyevin iştirakı ilə rayonun 10 nömrəli məktəbinin pedaqoji kollektivi ilə videoformatda görüş keçirilib
07 sentyabr 2021-ci il tarixdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyevin iştirakı ilə rayonun 10 nömrəli məktəbinin pedaqoji kollektivi ilə videoformatda görüş keçirilib.
ƏtraflıŞura iclası keçirilib
06 sentyabr 2021-ci il tarixdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev RTŞ-nin əməkdaşları və təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə mövcud şəraitin tələblərinə uyğun olaraq Microsoft TEAMS platforması vasitəsilə Şura iclası keçirib.
Ətraflıİnklüziv təhsil üzrə təlimlərin icrasına başlanılıb
Təhsil Nazirliyi, Təhsil İnstitutu və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi üzrə təlimlərin icrasına başlayıb.
ƏtraflıPeşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinə start verilir
Sentyabrın 2-dən 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsinə başlanılır.
Ətraflı1 oktyabr 2021-ci il tarixdə Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçiriləcək
T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutacaq forum onlayn formatda təşkil olunacaqdır. Forumda təhsildə yeni çağırışlar, virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, XXI əsrin bacarıqları və davamlı inkişaf mövzuları müzakirə ediləcəkdir.
ƏtraflıApellyasiya müraciətləri üçün qeydiyyat başa çatıb
Avqustun 30-da müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə uğur qazanmayan namizədlərin apellyasiya müraciətlərinin qəbulu başa çatıb.
ƏtraflıXaricdə təhsil almaq hüququ qazanmış tələbələrlə onlayn görüş
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ilində Macarıstan, Çin və Rumıniyada təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə onlayn görüş keçirilib.
ƏtraflıMüddətli müqavilə üçün vakansiya seçiminin son gün
Avqustun 26-da 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi yekunlaşır.
ƏtraflıSABAH qruplarında müəllim işləmək üçün qeydiyyat tarixi uzadılıb
Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu prosesi avqustun 29-dək davam edəcək.
ƏtraflıMüddətli müqavilə ilə işləmək istəyənlərin nəzərinə!
24-26 avqust tarixlərində 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Ətraflı20 avqust müsahibələrinin nəticələri elan olunub
Azərbaycan dili, fiziki tərbiyə, fransız dili, informatika, kimya, riyaziyyat, rus dili və ədəbiyyatı, təsviri incəsənət və texnologiya fənləri üzrə keçirilən müsahibə mərhələsinin nəticələri elan olunub.
ƏtraflıADAU-EGE Universiteti arasında ikili diplom proqramı
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı üzrə 2021-2022-ci tədris ilində bakalavriat səviyyəsində dövlət sifarişi əsasında (ödənişsiz) tələbə qəbulu elan edilir.
ƏtraflıPeşə təhsilinə qəbul üçün qeydiyyata tələsin!
20 avqust saat 18:00-dək peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu davam edəcək.
ƏtraflıMüsahibə mərhələsinə start verilir
Avqustun 18-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir.
Ətraflı